bazar ertəsi 26 may 2025 - 19:37
Reyhanə Sadat Rəisi Pakistanda belə qeyd etdi: Şəhid Ayətullah Rəisinin düşüncəsində üç strateji əsas.

Hövzə/ Ayətullah Seyid İbrahim Rəisinin şəhadətinin birinci ildönümü münasibətilə Reyhanə Sadat Rəisi Pakistana rəsmi səfər edib və Lahor şəhərində şəhid Rəisinin anım mərasimində çıxış edib.

Hövzə Xəbər Agentliyinin Tərcümə Qrupunun məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisinin şəhadətinin birinci ildönümü münasibətilə onun dəyərli qızı Reyhanə Sadat Rəisi Pakistana rəsmi səfər edərək Lahor şəhərinə daxil olub.

Reyhanə Sadat Rəisi Pakistanda belə qeyd etdi: Şəhid Ayətullah Rəisinin düşüncəsində üç strateji əsas.

Bu səfər çərçivəsində o, Pakistanda fəaliyyət göstərən elmi-dini mərkəz olan “Camiə Ürvətül-vüsqada" (Ən Etibarlı Bağ Cəmiyyti) təşkil olunmuş “Xidmət Şəhidlərinin” anım mərasimində iştirak edərək çıxış edib. O, şəhid atasının dini və siyasi fəaliyyətlərini dərin ehtiramla yad edərək, İslam ümmətinə ünvanlanmış fikri və strateji irsini açıqlayıb.

 Reyhanə Sadat Rəisi öz çıxışında şəhid Ayətullah Seyid İbrahim Rəisinin elmi dini və siyasi mübarizələrinə toxunaraq, onun düşüncəsində əsas yer alan üç strateji prinsipə diqqət çəkib. O bildirib: Atam hər zaman İslam birliyi, məzlumların müdafiəsi və qlobal istikbara qarşı duruşu öz yolunun əsas prinsipləri kimi qəbul etmiş və həyatının son anınadək bu yoldan dönməmişdir.

O, eyni zamanda Pakistan xalqının və dini alimlərinin göstərdiyi səmimi sevgi, ixlas və ehtirama görə təşəkkürünü bildirib Reyhanə Sadat Rəisi İran İslam Respublikası ilə Pakistan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayaraq, bunu müasir dövrün mühüm tələblərindən biri kimi dəyərləndirmişdir.

Tədbirdə Camiə Ürvətül-vüsqanın rəhbəri Höccətül-İslam vəl-müslimin Seyid Cavad Nəqəvi də çıxış edərək, şəhid Ayətullah Rəisinin şəxsiyyətinin parlaq və çoxşaxəli yönlərini diqqətə çatdırıb və onu İslam ümməti üçün aydın və nümunəvi bir sima kimi təqdim edib. 

Seyid Cavad Nəqəvi, həmçinin şəhid Rəisinin intellektual baxışlarını, qlobal istikbara qarşı göstərdiyi cəsarətli mövqeləri və İslam xalqları arasında birlik və həmrəylik istiqamətindəki davamlı səylərini yüksək qiymətləndirib.

Reyhanə Sadat Rəisi Pakistanda belə qeyd etdi: Şəhid Ayətullah Rəisinin düşüncəsində üç strateji əsas.

Reyhanə Sadat Rəisi Pakistanda belə qeyd etdi: Şəhid Ayətullah Rəisinin düşüncəsində üç strateji əsas.

Reyhanə Sadat Rəisi Pakistanda belə qeyd etdi: Şəhid Ayətullah Rəisinin düşüncəsində üç strateji əsas.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha